Hakimi təhqir edən “Səbail”in futbolçusunun cəzası açıqlandı

hakimi-tehqir-eden-sebailin-futbolcusunun-cezasi-aciqlandi
Oxunma sayı: 1232

Azərbaycan Premyer Liqasının XXX turunda “Kəpəz”lə keçirilən oyunda hakimi təhqir edən “Səbail”in futbolçusu Adil Mehremiçin cəzası açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, 31 yaşlı müdafiəçi heç-heçə (3:3) bitən görüşün 90+3 dəqiqəsində qırmızı vərəqə aldığına görə AFFA İntizam Komitəsi tərəfindən ikisi şərti olmaqla 4 oyun diskvalifikasiya edilib.

Buna görə “Səbail”in 3000 manat cərimələnib.

Qeyd edək ki, cəzanın sınaq müddəti 3 ay təyin edilib.