Hande Erçel yeni sevgilisi ilə görüntüləndi - Video

hande-ercel-yeni-sevgilisi-ile-goruntulendi
Oxunma sayı: 3012

Türkiyənin məşhur aktrisası Hande Erçelin iş adamı Hakan Sabancı ilə sevgili olduğu iddiaları öz təsdiqini tapıb.

“Qafqazinfo” “Ensonhaber”ə istinadən xəbər verir ki, bir müddətdir sevgili olan cütlük Parisə gedərkən hava limanında birlikdə görüntülənib.

Qeyd edək ki, Erçel ötən həftələrdə Sabancı ilə eşq yaşadığını inkar edərək, “Məni fantaziya dünyanıza çəkməyin, həyatımda heç kim yoxdur” demişdi.