Harri atasını ziyarət etmək üçün Britaniyaya qayıdacaq

harri-atasini-ziyaret-etmek-ucun-britaniyaya-qayidacaq
Oxunma sayı: 1965

Şahzadə Harri xərçəng diaqnozu qoyulan atası Kral III Çarlzı ziyarət etmək üçün ABŞ-dən Böyük Britaniyaya getmək niyyətindədir.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Gazeta.ru” məlumat yayıb.

Həmçinin onun diaqnozunu müzakirə etmək üçün III Çarlz ilə telefonla əlaqə saxladığı bildirilir.

Qeyd edək ki, Böyük Britaniya kralı III Çarlza xərçəng diaqnozu qoyulub. Xəstəliyin 75 yaşlı monarxda prostat vəzinin böyüməsi ilə bağlı prosedurlar zamanı aşkarlandığı bildirilir.