Harvarda beynəlxalq tələbələrin qəbulu qadağan edildi

harvarda-beynelxalq-telebelerin-qebulu-qadagan-edildi
Oxunma sayı: 2123

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Harvard Universitetinin xarici ölkələrdən tələbə qəbul etməsini dayandırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə idarənin rəhbəri Kristi Noem məlumat verib.

“Harvard Universitetinin Beynəlxalq Tələbə və Akademik Mübadilə Proqramının lisenziyasının ləğv edildiyini bildirirəm”, - Kristi Noemin universitetə ​​göndərdiyi məktubda bildirilib.

Noem vurğulayıb ki, bütün beynəlxalq tələbələr mövcud statuslarını saxlamaq üçün başqa universitetlərə köçməlidirlər.

Qeyd edək ki, bundan əvvəl ABŞ-nin təhsil naziri Linda Makmahon Harvarda məktub göndərərək universitetin bundan sonra dövlətdən maliyyə almayacağını bildirmişdi. O, həmçinin universiteti sistematik olaraq federal qanunları pozmaqda və 2023-cü ildə Ali Məhkəmənin qəbul zamanı irqi ayrı-seçkilikdən istifadəsini ləğv edən qərarına məhəl qoymamaqda ittiham edib..