“Hava şarının qəza enişi etməsi ilə bağlı kadrlar həqiqəti əks etdirmir”

hava-sarinin-qeza-enisi-etmesi-ile-bagli-kadrlar-heqiqeti-eks-etdirmir
Oxunma sayı: 2386

Son günlər sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında Şamaxıda hava şarının uçuş zamanı guya qəza enişi etməsi ilə bağlı videokadrlar yayılır.

“Ballon Festivalı”nın Təşkilat Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, həmin mətbuat orqanlarının və sosial şəbəkələrin reytinq və “layk” toplamaq xətrinə yaydığı bu məlumatlar heç də həqiqəti əks etdirmir.

“Bildirmək istəyirik ki, hava şarlarında uçuşlar zamanı təhlükəsizlik məsələləri Təşkilat Komitəsi üçün prioritetdir. Videokadrlarda sözügedən uçuş yay aylarında baş tutub və həmin vaxtı digər bir çox hava şarları kimi Şamaxıda boş sahələrdə, o cümlədən şəxsi ərazilərdə qaydalara uyğun olaraq təhlükəsiz eniş etmişdir”, - Komitənin məlumatında qeyd olunub.