Həbs edilmiş məşhur futbolçuya aid film çəkiləcək

hebs-edilmis-meshur-futbolcuya-aid-film-cekilecek
Oxunma sayı: 1610

Məhkum edilmiş futbolçu Kvinsi Promesin həyatından bəhs edən film çəkiləcək.

“Qafqazinfo” xəbər verir ki, “Like a baller” adlanacaq filmin çəkilişləri 2025-ci ilin əvvəlinə planlaşdırılıb.

Filmdə 32 yaşlı Promesin keşməkeşli həyatından bəhs ediləcək.

Futbolçu əvvəllər “Ajaks”, “Tvente”, “Sevilya” və “Qo Ahead Eagles” klublarında çıxış edib.

Qeyd edək ki, Promes 2020-ci ildə narkotik qaçaqmalçılığına və əmisi oğlunu bıçaqladığına görə 6 il həbs cəzasına məhkum edilmişdi.