HƏMAS rəhbəri Maskı Qəzzaya çağırdı

hemas-rehberi-maski-qezzaya-cagirdi
Oxunma sayı: 1995

HƏMAS-ın rəhbərlərindən biri olan Usamə Həmdan amerikalı milyarder İlon Maskı dağıntıları görmək üçün Qəzza zolağına getməyə çağırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Həmdan bu barədə Beyrutda keçirdiyi mətbuat konfransı zamanı məlumat verib:

“Obyektivlik və etibarlılıq standartlarına uyğun olaraq Qəzza xalqına edilənləri və dağıntıların miqyasını görmək üçün Maskı Qəzzaya səfər etməyə dəvət edirik”.

Qeyd edək ki, İlon Mask İsrailə səfər edib və Baş nazir Benyamin Netanyahu ilə birlikdə oktyabrın 7-də HƏMAS-ın hərbi qanadı “İzzəddin əl-Qəssam” briqadasının üzvlərinin hücumuna məruz qalan Kfar Aza qəsəbəsinə baxış keçirib.

Amerikalı milyarder İsrail Prezidenti İsxak Hersoq ilə də görüşüb.