“Həmin şirkətlərin adlarını da çəkə bilərəm”

hemin-sirketlerin-adlarini-da-ceke-bilerem
Oxunma sayı: 7517

“Qarabağda çalışan iş adamlarının çoxundan şikayətlər qəbul edirik”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri deputat Elnur Allahverdiyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Həmçinin oxuyun: Ученые выяснили, почему некоторые люди никогда не толстеют 

O bildirib ki, iş adamlarına ödənişlərdə gecikmələr var: “Büdcənin açılması, bağlanması məsələsi var. Bunu biz işçi heyətimizlə müzakirə edə bilərik, amma iş adamına bunu izah etmək olmur. Dünyada gedən inflyasiyalar, kataklizmalar ona gətirir ki, biznes sahəsində yavaş-yavaş Qarabağa doğru gedən yolda işləməyə həvəs azalmağa başlayıb. Həmin şirkətlərin adlarını da çəkə bilərəm. Onların işləri yaxşılığa doğru getdiyindən öz vəsaitlərindən istifadə edirlər. Söz verirlər ki, bu işi bu vaxta qədər edəcəyik və öz ciblərindən vəsait xərcləyərək edirlər. Amma geri dönüş çox vaxt olmur. Bu da onunla əsaslandırılır ki, büdcə açılmayıb. Onlar bunu başa düşməyəcək. İş adamı inanmalıdır ki, bu gün bu işi gördüm, pulum müəyyən müddətdən sonra veriləcək. Ya da bilməlidir ki, ümumiyyətlə verilməyəcək və işi götürməməlidir”.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin komitə sədri Tahir Mirkişili isə əlavə edib ki, burada məsələ yalnız podratçılara verilən ödənişlərdən getmir, həmçinin müntəzəm daxili ödəmələr, ödəniş qəbzləri ilə bağlı müəyyən problemlər var: “Buna görə də daxili ödəmələrin verilməsi ilə bağlı İqtisadiyyat Nazirliyi yeni layihə hazırlayacaq və siz qeyd etdiyiniz bütün məsələlər bu layihədə nəzərə alınacaq”.