“Həmin yoxlamalar bir ömür boyu dayandırıla bilməz”

hemin-yoxlamalar-bir-omur-boyu-dayandirila-bilmez
Oxunma sayı: 2510

“Sahibkarlıq subyektlərində yoxlamalar bir ömür boyu dayandırıla bilməz”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili deyib. 

Deputat qeyd edib ki, bu, situasiyadır: “Burada situasiyadan çıxışın ən yaxşı yolu yoxlama prosesinin özünün tənzimlənməsidir. Dövlət yoxlamanı aparmalıdır. Lakin burada niyyət önəmlidir. Niyyət sahibkarlara mane olmaq olmamalıdır. Bu isə sözdə yox, qanunda mexanizmlərlə tənzimlənməlidir”.

Həmçinin oxuyun: Гейдар, Ильхам, Мехрибан и Эрдоган - в Баку четверняшкам дали эти имена

Tahir Mirkişili əlavə edib ki, sahibkarlıq sahəsində yoxlamaların uzun müddət aparılmasının səbəblərindən biri də sahibkarların elektron bazalarının az olmasıdır: “Bu da müəyyən problemlərə səbəb olur. Belə ki, ümumi sahibkarların 65%-ində kompüter varsa, 35 %-ində yoxdur. Proseslərin elektronlaşdırılmaması mühasibatlıq və digər zəruri işlərin kağız üzərində aparılması yoxlamaların uzun çəkməsinə səbəb olur”,- deyə o bildirib. 

Onun sözlərinə görə, Azərbaycanda hazırda 1,4 milyondan çox sahibkar var. Deputat qeyd edib ki, ölkədə hər 8 nəfərdən biri sahibkardır: “Bu sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsi bizim əsas prioritet məsələlərimizdən biri olmalıdır”.

Zaur Mirzə