“Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin razılaşdırılması prosesinə hər cür kömək etmək niyyətindədir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovla danışıqlarda deyib.
“Bu gün mən sizi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar prosesinin hazırda nə yerdə olduğu barədə fikir mübadiləsi aparmağa dəvət etmək istərdim. Biz ekspert potensialımızdan və burada təmsil olunan dostlarımızla yaxşı münasibətlərimizdən istifadə edərək, onun razılaşdırılmasında hər cür köməklik etməyə hazırıq”, - Rusiya diplomatik departamentinin rəhbəri bildirib.
Lavrov qeyd edib ki, Rusiya Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderləri arasında bütün üçtərəfli sazişlərə hörmətlə yanaşılması və həyata keçirilməsinin tərəfdarıdır.
“Biz bütün bu üçtərəfli sazişlərə bütövlükdə, bütün qarşılıqlı əlaqələri ilə hörmət edilməsinin və tətbiq edilməsinin tərəfdarıyıq”, - o deyib.
Son xəbərlər
Son Xəbərlər