“Həyatımdakı bütün ilklər Azərbaycanla bağlıdır” - Şevçenko

heyatimdaki-butun-ilkler-azerbaycanla-baglidir
Oxunma sayı: 639

“Neftçi” PFK-nın veteran futbolçusu Vitali Şevçenko klubun rəsmi saytına açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, 1971-ci ildə SSRİ çempionatının 33 ən yaxşı futbolçusu sırasına düşmüş hücumçu bunları bildirib: 

“Azərbaycan mənim vətənimdir. Həyatımdakı bütün ilklər bu ölkə ilə bağlıdır: ilk dostlar, ilk futbol... Xoş hisslər keçirirəm. Hesab edirəm ki, “Neftçi” sabah mütləq qalib gəlməlidir. Əminəm ki, azarkeşlər belə bir gündə komandanı layiqincə dəstəkləyəcəklər”. Fotoda Vitali Şevçenko oturanlar arasında sağdan ikincidir.