Mayın 4-də Heydər Əliyev Mərkəzində “Caz Günü” adlı konsert keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Mərkəzinin Auditorium zalının səhnəsində əvvəlcə trio - tanınmış pianoçu və bəstəkar, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev (piano), Ruslan Hüseynov (bas gitara) və Elvin Bəşirov (zərb aləti) çıxıb.
Konsertin davamında trionun müşayiəti ilə Xalq artistləri Ənvər Sadıqov (qarmon), Tünzalə Ağayeva (vokal), Əməkdar artistlər Ceyla Seyidova (skripka), Sevda Ələkbərzadə (vokal), həmçinin Elnur Mikayılovun (kamança) ifasında caz kompozisiyaları təqdim olunub.