Hərbi Prokurorluq Daxili Qoşunlarla birgə Zaqatalada yerləşən N saylı hərbi hissədə ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirib.
Hərbi Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, mərasimdə Hərbi prokurorun böyük köməkçisi, Mətbuat xidmətinin rəhbəri Firad Əliyev və Hərbi Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin rəisi Səfər Əhmədov və Zaqatala hərbi prokuroru Emin Quliyev çıxış ediblər.
Çıxışçılar Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən danışıb, onun parlaq gələcəyə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə Prezident İlham Əliyevin davam etdirdiyini qeyd ediblər.
Tədbirdə Silahlı Qüvvələrimizin formalaşmasında və uğur qazanılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyindən və xalqın əzmkarlığından da bəhs edilib.
Hərbi Prokurorluğun Silahlı Qüvvələrlə, o cümlədən Daxili Qoşunlarla Vətən müharibəsindəki qarşılıqlı səmərəli fəaliyyətindən danışılıb, qürurdolu 44 günün unudulmaz təəssüratları xatırlanıb.






Son xəbərlər
Son Xəbərlər