Heydər Əliyevin 100 illiyi Yasamalda möhtəşəm konsertlə qeyd edildi - Fotolar - Video

heyder-eliyevin-100-illiyi-yasamalda-mohtesem-konsertle-qeyd-edildi
Oxunma sayı: 2285

2023-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Yasamal rayonunda keçirilən möhtəşəm bayram konserti bu axşam Azərbaycan Televiziyasında (AzTV) yayımlanacaq.

“Qafqazinfo” xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərkəzi Parkda baş tutan bayram konsertində Azərbaycan səhnəsinin görkəmli ifaçıları bura toplaşan sakinlərə öz ifalarını təqdim ediblər.

Yasamal rayonunun və paytaxtın minlərlə sakini şəhərimizin ən gəzəl parklarından biri olan Mərkəzi Parkda bir araya gəliblər. Bayram şənliyi tamaşaçılar tərəfindən coşqu və xüsusi rəğbətlə qarşılanıb və yüksək əhvali-ruhiyyə, xoş ovqat yaradıb.

Konsert proqramı bayram atəşfəşanlığı ilə başa çatıb.