Hidayət Heydərov ipponla uduzdu - Yenilənib

hidayet-heyderov-ipponla-uduzdu
Oxunma sayı: 2532

Rusiyanın Kazan şəhərində təşkil olunan “Böyük dəbilqə” turniri davam edir.

"Qafqazinfo" xəbər verir ki, yarışların ikinci günü Azərbaycanın daha 4 cüdoçusu  - Rəşad Məmmədəliyev, Nurlan Osmanov, Murad Fətiyev və Hidayət Heydərov qüvvəsini sınayacaq.

Böyük Dəbilqə

6 may

Kişilər

73 kq

1/16 final. Rəşad Məmmədəliyev -  Maxmadbek Maxmadbekov (Rusiya) 

1/32 final. Nurlan Osmanov turnirə uğurla başlayıb. İdmançımız yunanıstanlı Georgios Azoidis üzərində təmiz qələbə qazanıb. 

81 kq

1/16 final. Murad Fətiyev - Terens Kuamba (Qabon)

Yarışa 1/32 finaldan başlayan Hidayət Heydərov stardaca uduzub.  O, Asad Masabirova (Qırğızıstan) ippon fəndiylə uduzub.