Hindistanda qəzaya düşən helikopterin “qara qutu”su tapıldı

Hindistanda qəzaya düşən helikopterin “qara qutu”su tapıldı
Oxunma sayı: 905

Xəbər verdiyimiz kimi, dünən Hindistanın Tamilnad ştatında göyərtəsində ölkənin Silahlı Qüvvələrinin Müdafiə Nazirliyinin Baş Qərargahının rəisi Bipin Ravatın da olduğu “Mi-17B5” hərbi helikopteri qəzaya uğrayıb.

“Qafqazinfo”nun “TASS”a istinadən məlumatına görə, hind hərbçilər bu gün helikopterin “qara qutu”sunu və kabinədən diktofon aşkar ediblər.

Bildirilir ki, bu qurğuların deşifrə edilməsi sayəsində qəzanın səbəblərini aydınlaşdırmaq mümkün olacaq. İlkin məlumata görə, qəzaya səbəb uçuşun həyata keçirildiyi ərazidə çətin meteoroloji şərait olub.

Qeyd edək ki, helikopterin qəzaya uğraması nəticəsində general Bipin Ravat, onun həyat yoldaşı və silahlı qüvvələrin digər 11 üzvü həlak olub.