Livandakı “Hizbullah” hərəkatı İsrail sərhədində 4 hərbi nöqtəyə hücum təşkil edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Hizbullah” məlumat yayıb.
Açıqlamada sərhəddə yerləşən Bayad Blida, Zibdin, Tahyat Üçbucağı və Ruveysat əl-Asi İsrail hərbi məntəqələrinə idarə olunan raketlər və müvafiq silahlarla hücum edildiyi bildirilib.
Qeyd edək ki, oktyabrın 8-dən İsrail ordusu ilə “Hizbullah” arasındakı sərhəddə qarşılıqlı hücumlar edilir. Bu hücumlarda 89 “Hizbullah” üzvü və 6 İsrail əsgəri həlak olub.