Çin Xalq Respublikasının qurulmasının 70 illiyi günü Honkonqda on minlərlə etirazçı aksiya keçirib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, aylardır davam edən aksiyada polis ilk dəfə bu gün nümayişçilərdən birinə odlu silahdan atəş açıb. 18 yaşlı gənc döş qəfəsindən yaralanıb. O, xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanları əvvəlcə faktı təsdiqləməsə də, görüntülər yayıldıqdan sonra polisin odlu silahdan atəş açdığını qəbul ediblər.
Qeyd edək ki, etirazçılar aksiya zamanı Kommunist Partiyadan hakimiyyəti xalqa qaytarmağı tələb ediblər.
Son xəbərlər
Son Xəbərlər