Hotellərdə COVID-19 pasportu yoxlaması...

hotellerde-covid-19-pasportu-yoxlamasi
Oxunma sayı: 3312

Qax rayonu ərazisində fəaliyyət göstərən hotellərdə monitorinq aparılıb.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, planşet vasitəsilə orada qalan qonaqların COVID-19 pasportlarının olub-olmaması yoxlanılıb, həmçinin, hotellərin inzibatçıları ilə izahedici söhbətlər aparılıb.

Sentyabrın 1-dən etibarən tətbiq edilən yeni qaydaya əsasən, gələn qonaqlardan COVID-19 pasportu tələb etmələrinin vacibliyi vurğulanıb, əks təqdirdə belə hallar aşkarlanarsa, onların barələrində qanunvericiliyə uyğun müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilib.