Bu gün “HUAWEI” “Küləyə hakim ol” şüarı ilə Parisdə keçirilən qlobal təqdimat tədbirində yeni nəsil ağıllı cihazlarını və texnoloji məhsullarını ictimaiyyətə nümayiş etdirib.
Tədbirin əsas diqqət mərkəzində “HUAWEI WATCH GT 6” seriyası, “HUAWEI WATCH Ultimate 2” və “HUAWEI WATCH D2” “ağıllı saat”ları olub.
Bununla yanaşı, “HUAWEI nova 14” seriyası smartfonlarını, “HUAWEI FreeBuds 7”i qulaqlıqlarını və “HUAWEI MatePad 12 X” planşetini təqdim edib.
Şirkət həmçinin gənclərə və texnologiya həvəskarlarına yönəlmiş “İndi sənin zamanındır” fəlsəfəsini açıqlayaraq “GoPaint 2025” qlobal yaradıcılıq təşəbbüsünü işə salıb.
İdman və sağlamlıq üçün innovasiya:
“HUAWEI WATCH GT 6” seriyası idman həvəskarları üçün hazırlanmış ən müasir modellərdəndir.
21 günə qədər davamlı batareya ömrü ilə istifadəçilər enerji və şarj məsələsini uzun müddət düşünmədən günə davam edə bilirlər.
İnteqrasiya edilmiş “TruSense” sistemi istifadəçinin ürək döyüntüsü, qan oksigeni səviyyəsi, yuxu keyfiyyəti və digər vacib sağlamlıq göstəricilərini real vaxtda izləyir.
100-dən çox məşq rejimi və xüsusi açıq havada funksiyalar – velosiped üçün virtual gücölçən, çöl gəzintiləri üçün yüksəklik və marşrut təhlili, qolf üçün yüksək dəqiqlikli meydança xəritələri, xizək üçün isə sürət və məsafə izləmə – istifadəçilərə idman təcrübəsini maksimum peşəkar səviyyəyə çıxarmağa imkan verir.
“HUAWEI WATCH Ultimate 2” və “HUAWEI WATCH D2”- Təhlükəsizlik və sağlamlıq bir arada
“HUAWEI WATCH Ultimate 2” modeli dalğıclar üçün nəzərdə tutulmuş ilk ağıllı saatlardan biridir. 150 metr dərinliyə qədər davamlılıq, sonar əsaslı sualtı mesajlaşma funksiyası və 60 metrədək SOS siqnalı ötürmək imkanları istifadəçilərin təhlükəsizliyini təmin edir.
“HUAWEI WATCH D2” isə qan təzyiqini izləmək və ölçmələri yaddaşda saxlamaq üçün yeni alqoritmlərə malikdir. Birdəfəlik və təkrarlanan ölçmə rejimləri istifadəçilərə gündəlik sağlamlıq vəziyyətini rahat idarə etməyə imkan verir.
“HUAWEI nova 14 seriyası”- Mobil portret fotoqrafiyasının yeni dövrü
“HUAWEI nova 14 ultra” “chroma kamera” və “XD portrait engine” ilə zəif işıqda belə aydın və detalların parlaq olduğu portretlər çəkir.
50 MP ön kamera və 5x portret zoom funksiyası selfiləri peşəkar səviyyəyə çatdırır. Süni intellekt vasitəsilə fotolardakı çatışmazlıqlar avtomatik aradan qaldırılır.
“HUAWEI MatePad 12 X PaperMatte” Planşeti və “M-Pencil Pro
HUAWEI MatePad 12 X” planşeti kağız effekti verən ekranı ilə gözlər üçün rahatlıq təmin edir. “M-Pencil Pro” stylusu qeydlər aparmaq, rəsm çəkmək və tətbiqlər arasında tez keçid etməyə imkan verir.
“GoPaint 2025” və “İndi sənin zamanındır”
“HUAWEI”nin “İndi sənin zamanındır” yanaşması gənclərlə daha yaxın əlaqə qurmağa, texnologiyanı emosional baxımdan daha əlçatan etməyə yönəlib. “GoPaint 2025” yarışması isə rəssamlıq, rəqəmsal akvarel, fantastik sənət və animasiya kateqoriyalarını əhatə edərək gəncləri yaradıcı olmağa çağırır.






Son xəbərlər
Son Xəbərlər