Hulusi Akar Azərbaycana təşəkkür etdi

hulusi-akar-azerbaycana-tesekkur-etdi
Oxunma sayı: 3224

Hulusi Akar Nargin adasında saxlanılan əsgərlərə yardımla əlaqədar Azərbaycan xalqına təşəkkür edib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar Sarıkamış şəhidlərinin Anım Günü ilə bağlı mesaj yayımlayıb.

Akar Sarıkamış Hərəkatının 108-ci ildönümü münasibəti ilə şəhidləri rəhmət və minnətlə andıqlarını vurğulayıb.

“Sarıkamış şəhidlərimizi yad etdiyimiz bu günlərdə Nargin adasında çətin şəraitdə saxlanılan əsgərlərimizə etdikləri yardımlarla "bir millət, iki dövlət" örnəyini sərgiləyən qardaş Azərbaycan xalqını minnət və ehtiramla anırıq”, - deyə Akar bildirib.