İclal Aydın ağır əməliyyat olundu - Foto

iclal-aydin-agir-emeliyyat-olundu
Oxunma sayı: 3451

“Bu şəkil dünən səhər saat 07.30-da əziz həkim Bülent Önalın etdiyi servikal mikrodiskektomiya əməliyyatımdan 7 saat sonra çəkilib. Ayaqüstdəyəm, yeriyirəm, gülürəm, çox şükür".

"Qafqazinfo" xəbər verir ki, bunu məşhur türkiyəli aktrisa İclal Aydın sosial şəbəkə hesabında paylaşıb.

Aktrisa əməliyyatdan bir neçə saat sonra ayağa qalxaraq həkimi ilə foto çəkdirib:

"Ümid edirəm ki, aylardır davam edən ağrılarım, yuxusuzluğum, hərəkət qabiliyyətimdəki ləngimə aradan qalxacaq. Mən buna görə həkimimə və komandasına təşəkkür edirəm. Hazırda kiçik ağrılarım olsa da, dünənki bu təbəssümüm xatirə kimi qalsın. Var olun, təşəkkür edirəm”.