Böyük Britaniya kralı III Çarlz ailənin yaxın üzvləri ilə Edinburq şəhərində görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Məlumata görə, saray görüşün mövzusunu açıqlamasa da, müzakirələrin şahzadə Harri və həyat yoldaşı Meqan Marklın Böyük Britaniyaya mümkün səfəri ilə bağlı olduğu ehtimal edilir.
Nəşrin iddiasına görə, son günlər Harrinin ölkəyə gəlişi ilə bağlı yayılan xəbərlər kral ailəsinin əsas müzakirə mövzularından birinə çevrilib.
Qeyd edək ki, daha əvvəl şahzadə Harri ailəsi ilə birgə Londona səfəri çərçivəsində atası III Çarlzla görüşəcəyi barədə xəbər yayılmışdı.
Son xəbərlər
Son Xəbərlər