“İlahi müdaxilə olarsa, geri çəkilərəm” - Bayden

ilahi-mudaxile-olarsa-geri-cekilerem
Oxunma sayı: 3858

ABŞ prezidenti Co Bayden yalnız ilahi müdaxilə olacağı təqdirdə prezidentliyə namizədliyini geri götürəcəyini açıqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, o bu barədə ABC telekanalına müsahibəsində deyib.

“Əgər uca Allah göydən enib desə, mən bunu edə bilərəm”, - Ağ Evin rəhbəri qeyd edib.

Onun sözlərinə görə, ABŞ Konqresinin hər iki palatasındakı Demokratlar Partiyası qruplarının rəhbərliyi ondan seçkini tərk etməməyi xahiş edib.

Xatırladaq ki, noyabrın 5-də ABŞ-də prezident seçkiləri keçiriləcək. Tramp Respublikaçılar partiyasının, Bayden isə Demokratların namizədi kimi seçkilərdə iştirak edəcək.

81 yaşlı Co Bayden və 78 yaşlı Donald Tramp ABŞ tarixində prezident seçkilərində ən yaşlı namizədlərdir.