İlham Əliyev İslamabadda milli abidəni ziyarət etdi - Video - Yenilənib

ilham-eliyev-islamabadda-milli-abideni-ziyaret-etdi
Oxunma sayı: 3097

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də İslamabadda milli abidəni ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycanın və Pakistanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısı milli abidənin önünə əklil qoyub.

Sonra “Fatihə” surəsi oxunub.

Qeyd edək ki, Pakistan xalqının milli birliyini təcəssüm etdirən bu abidənin inşasına 2004-cü ildə başlanılıb. Zəngin Moğol memarlıq üslubunda yaradılan abidənin 2007-ci il martın 23-də açılışı olub.