İlham Əliyev Putinə zəng etdi

ilham-eliyev-putine-zeng-etdi
Oxunma sayı: 2922

Bu gün Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib.

"Qafqazinfo" xəbər verir ki, telefon söhbəti zamanı Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olunub, strateji tərəfdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib.

Dövlət başçıları son vaxtlar Rusiya-ABŞ arasında təmaslar, Qazaxıstanda vəziyyətin sabitləşməsi ilə bağlı məmnunluq ifadə ediblər, Ukrayna ətrafında gedən proseslər müzakirə olunub.

Azərbaycan və Rusiya prezidentləri regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.