İlham Əliyev səfirə yeni vəzifə verdi

ilham-eliyev-sefire-yeni-vezife-verdi
Oxunma sayı: 7927

Azərbaycanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Sahib oğlu Mustafayevə yeni vəzifə verilib. 

“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Rəhman Mustafayev iqamətgahı Haaqa şəhərində olmaqla, eyni zamanda Azərbaycanın Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi təyin edilib.

Qeyd edək ki, R. Mustafayev bu ilin oktyabrında səfir təyin olunub.