İlham Əliyevin də iştirak etdiyi MDB sammiti belə başladı - Video

ilham-eliyevin-de-istirak-etdiyi-mdb-sammiti-bele-basladi
Oxunma sayı: 5539

Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi sammiti başlayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, görüş şəhərin saray-park komplekslərinə ekskursiya ilə başlayıb. 

Məlumata görə, MDB ölkələrinin liderləri “Pavlovsk” muzey-qoruğunda olublar. Onlar burada Milad mahnıları ilə qarşılanıb.

Qeyd edək ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.