İlham Mirzəyevdən jurnalistlərə qadağa

ilham-mirzeyevden-jurnalistlere-qadaga
Oxunma sayı: 1706


“Qafqazinfo” xəbər verir ki, İ.Mirzəyevin digər  vəkili İkram Abdullayev vəsatət qaldırıb və istintaq materialları ilə tanış olmadığını bildirərək məhkəmədən vaxt istəyib. Bu səbəbdən hakim Məzahir Sadıqov prosesi sentyabrın 16-na təxirə salıb. 

Məhkəməyə müraciət edən aparıcı isə jurnalistlərin dezinformasiya yazdıqlarını və bundan sonra proseslərdə iştirak etmələrinə qarşı olduğunu bildirib. 

Qeyd edək ki, İ.Mirzəyev Space telekanalında gedən “Etiraf" verilişinin aparıcısı olub. Aparıcı aprelin 10-da saxlanılıb və haqqında Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb.