İlon Mask aktrisa ilə sevgilidir - Foto

ilon-mask-aktrisa-ile-sevgilidir
Oxunma sayı: 5111

“Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask avstraliyalı aktrisa Nataşa Bassetlə sevgilidir.

Bu barədə “Qafqazinfo” “Hollywood Life”a istinadən xəbər verir.

Cütlük Maskın Los-Ancelesdə enən şəxsi təyyarəsindən düşərkən görüntülənib.

Qeyd edək ki, N. Basset Sidneydən Nyu-Yorka 2019-cu ildə köçüb. Aktrisa artıq bir neçə filmdə rol alıb.

Xatırladaq ki, ötən ilin sentyabrında İ. Mask müğənni Qramysdan ayrılıb. Onların münasibəti üç il davam edib. Eks-sevgililər ayrılmalarına baxmayaraq, dost qalıblar və qeyri-adi ad (X Æ A-Xii) verdikləri oğullarını tərbiyə edirlər.

Bu, Qramysın ilk övladı olsa da, milyarderin 2000-2008-ci illərdə nikahda olduğu ilk həyat yoldaşı Castin Uilsondan daha beş övladı var.