İlon Mask tvitinin zarafat olduğunu açıqladı

ilon-mask-tvitinin-zarafat-oldugunu-aciqladi
Oxunma sayı: 2113

“Tesla” və “SpaceX”in baş direktoru, amerikalı iş adamı İlon Mask ““Mançester Yunayted”i alıram" tvitinin zarafat olduğunu açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, ilk tvitindən təxminən 4 saat sonra bu açıqlamanı verib.

“Tesla Owners Silicon Valley” hesabında “Ciddisən?” sualına o, “Xeyr, bu tviterdə uzun müddətdir davam edən zarafatdır. Mən heç bir idman klubu almıram” cavabını verib.

Qeyd edək ki, İlon Mask daha əvvəl “Mançester Yunayted” futbol klubunu satın almaq istədiyi haqda tvit yazmışdı.