İmişlidə ədliyyə işçilərinin peşə bayramı günü qeyd edildi - Fotolar

imislide-edliyye-iscilerinin-pese-bayrami-gunu-qeyd-edildi
Oxunma sayı: 1383

“22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü” münasibətilə İmişli Regional Ədliyyə İdarəsində tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, İmişli Regional Ədliyyə İdarəsinin rəisi İsgəndər Orucov, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, hüquqşunaslar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, sonra Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş “Fəxri ədliyyə işçisi” Ruhin Xəlilovun əziz xatirəsi dərin ehtiramla anılıb. Tədbir İmişli Regional Ədliyyə İdarəsinin akt zalında ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan icra başçısı rayonun ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb. O, Ulu Öndər Heydər Əliyevin “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə” kəlamını xatırladıb: “Bu il 100 illik yubileyini qeyd etdiyimiz ulu öndər ədliyyə-hüquq sisteminin fəaliyyətinə çox böyük önəm verib. Həm sovet, həm də müstəqillik illərində bu sahədə ulu öndərin təşəbbüsü ilə dərin islahatlar aparılıb”.

 Çıxış edən İmişli Regional Ədliyyə İdarəsinin rəisi İsgəndər Orucov ulu öndərin ikinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycanın ədliyyə sisteminin yeni və müasir inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ədliyyə islahatlarından söz açıb.

Tədbirin sonunda bir qrup Ədliyyə işçisi İmişli Rayon İcra Hakimiyyəti başçısının “Fəxri Fərman”ı ilə təltif edilib.