İmişlidə səyyar qəbullar keçirildi - Fotolar

imislide-seyyar-qebullar-kecirildi
Oxunma sayı: 1692

İmişlidə əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə səyyar qəbullar keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüş İmişli Rayon İcra Hakimiyyəti başçısı Elçin Rzayevin 2023-cü ilin avqust ayında təsdiq edilmiş qrafikə uyğun olaraq rayonun Əliqulular, Telişli və Allahmədətli kənd sakinləri ilə baş tutub.   

Səyyar qəbulda icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbər işçiləri də iştirak ediblər.

Səyyar qəbullarda əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışan icra başçısı Prezident İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, yerlərdə problemlərin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək belə görüşlərin davamlı olacağını bildirib.

Görüşlərdə iştirak edən sakinlər dinlənilib, onları narahat edən məsələlər və problemlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib və nəzarətə götürülüb.