“İmprotex” Şirkətlər Qrupu “Rebuild Karabakh 2021” sərgisində - Fotolar

improtex-sirketler-qrupu-rebuild-karabakh-2021-sergisinde
Oxunma sayı: 3008

20-22 oktyabr 2021-ci il tarixlərində Bakı şəhərində keçirilən birinci “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” (Rebuild Karabakh 2021) sərgisində “İmprotex” Şirkətlər Qrupuna daxil olan “İmprotex İndustries” üst qurğuları və metal konstruksiyalar zavodu iştirak edir.

"Qafqazinfo" xəbər verir ki, ən son texnoloji yeniliklərə malik avadanlıqlarla təchiz olunmuş zavod ümumilikdə illik 1200 ədəd idxalı əvəz edə bilən müxtəlif təyinatlı üst qurğu və kənd təsərrüfatı qoşquları, həmçinin mürəkkəbliyindən asılı olaraq 10 000 – 20 000 ton metal konstruksiya istehsal etmək gücünə malikdir.

“İmprotex İndustries” stendində işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında istifadə oluna biləcək xüsüsi texnikalar nümayiş olunur. Belə ki, Avropanın qabaqcıl şirkətlərinin və “İmprotex” zavodunun mühəndis heyətinin birgə əməkdaşlığı nəticəsində ərsəyə gələn ən yüksək dünya standartlarına cavab verən, tam yerli istehsal olan yanğınsöndürən, tullantı daşıyan və digər tenikalar ilə sərgi ziyarətçiləri tanış ola bilər:

İMFF 20.50 – dar küçələrdə istifadə üçün yanğınsöndürən-xilasetmə texnikası;
İMFF 80.50 – su mənbələri olmayan ərazilərdə istifadə üçün yanğınsöndürən avtoçəni;
ROTOPOWER 20 – silindrik gövdəli 20 m3 həcmli tullantı daşıyan texnika;
PLATEPOWER 10 – dar küçələrdə istifadə üçün 10 m3 həcmli tullantı daşıyan texnika;
İMTRAİLER tentli yarımqoşqu;
10 m3 həcmli maye çəni;
5 m3 həcmli yanacaq daşıyan çən.

Eyni zamanda, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş ərazilərdə icra edilməsi planlaşdırılan layihələrdə “İmprotex İndustries” MMC-nin texnoloji potensialı biznes tətəfdaşları üçün təqdim edilir. Zavodumuzun istifadəyə verilməsi Azərbaycan daxilində reallaşdırılan bir sıra strateji layihələrin metal-konstruksiya təchizatında idxalın əmsalını azaltmağa imkan verib. Hal-hazırda zavod yeni avadanlıqlarla təchiz olunmaqdadır ki, bu da ənənəvi metal-konstruksiyalardan savayı son texnalogiyalar ilə dənli bitkilərin anbarlama (silo) və emal qurğularını, həmçinin müxtəlif formalı və təyinatlı profillərin istehsal xəttini qurmağa imkan verəcəkdir.

İmprotex Şirkətlər Qrupu 1991-ci il tarixindən fəaliyyət göstərir. İmprotex Motors, İmprotex Travel, İmprotex Trucks and Buses, İmprotex İndustries, İmaqro kimi törəmə şirkətləri özündə birləşdirir.  “Improtex” Şirkətlər Qrupu müstəqil Azərbaycanın ilk özəl şirkətlərindən biri olaraq, fəaliyyət dövrü ərzində bir çox xarici və yerli şirkətlərlə sıx əməkdaşlıq edərək Azərbaycanın iqsadiyyatının və qeyri-neft sektorunun davamlı inkişafına yardımçı olmuşdur. Hal‐hazırda “Improtex” şirkətlər qrupu nəqliyyat, metalkonstruksiya, yük maşınları və onların üstqurğularının və yarımqoşquların istehsalı, turizm sahələrində fəaliyyət göstərir.

“Improtex” Şirkətlər Qrupu

Ünvan: Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 15 km

Əlaqə nömrəsi:           +994 (12)  448 02 00

Faks: :                          +994 (12)  448 03 00

www.improtex.az