İmtahanların formatında müəyyən dəyişikliklər nəzərdə tutulub.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında deyib.
O bildirib ki, sanitar-gigiyenik tələblərdə mütləq dəyişiklik ediləcək: “Karantin rejimi tətbiq olunan zaman vətəndaşlar evdən icazəsiz çıxa, rayondan rayona gedə bilməz. Rejimin qaydalarına uyğun olaraq formatı müəyyənləşdirəcəyik. Bizim imtahanlarımız kütləvi xarakter daşıyır. Sanitar-gigiyenik tələblər mütləq dəyişəcək. Əvvəllər bir partada iki nəfərin oturmasına icazə verirdik, ancaq artıq uşaqlar partalarda bir-bir oturacaq və onların arasında metr yarım məsafə olacaq.
Hətta martın 1-də keçirilən imtahanda biz uşaqların hərarətini yoxlayırdıq, istiliyi yüksək olanlar imtahanlara buraxılmamışdı. Binaların sanitar-gigiyenik qaydalara uyğun olaraq dezinfeksiya edilməsi də əsas şərtlərdəndir”.
***
Hərbi xidmətə çağırışla əlaqədar güzəştlərin edilməsi ilə bağlı sualları cavablandıran M. Abbaszadə bildirib ki, bu məsələ ilə bağlı qərar vermək onların səlahiyyətində deyil:
“Hərbi xidmətlə əlaqədar güzəşti biz vermirik. Aidiyyatı üzrə qurum var və güzəştləri onlar müəyyən edirlər. Hələ ki, bu barədə bizə hər hansı məlumat verilməyib”.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər