“İnsanları qızışdırıb yalan vədlər vermək yolverilməzdir”

insanlari-qizisdirib-yalan-vedler-vermek-yolverilmezdir
Oxunma sayı: 1445

“Son dövrdə ayrı –ayrı qüvvələr tərəfindən köçkünlərin dərhal işğaldan azad edilmiş rayonlara köçürülməsini istəyirlər. Ancaq tək Ağdamada 97 min mina yerləşdirilibsə, gör digər ərazilərdə nə qədər mina var. O baxımdan da insanları qızışdırmaq, yalan vədlər vermək qəti şəkildə yolverilməzdir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Məclisdə çıxışında deyib.

O qeyd edib ki, sosial şəbəkələrdə buna qarşı mübarizə aparmaq lazımdır: “Neftin qiyməti düşəndə toy-bayram edən müxalifətdə olan partiya rəhbərləri işğaldan azad edilmiş rayonların taleyi ilə bağlı məlumatlar verirlər. Nə vaxt bir qazinin yanında olublar, ona baş çəkiblər? Ancaq suyu bulandırmaqla məşğuldurlar”.

Günel Türksoy