“İnter”də ciddi itki

interde-ciddi-itki
Oxunma sayı: 1913

“İnter”in türk futbolçusu Hakan Çalhanoğlu iki matçda oynaya bilməyəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, buna səbəb futbolçunun sağ bud əzələsində zədə alması olub.

Belə ki, Türkiyəli yarımmüdafiəçi fevralın 28-də “Atalanta”, martın 4-də isə “Cenoa” ilə görüşlərdə çıxış edə bilməyəcək.

Qeyd edək ki, Çalhanoğlu bu mövsüm 30 matçda 11 qol vurub.