İntihar edən polkovnikin əmlakı müsadirə edildi

intihar-eden-polkovnikin-emlaki-musadire-edildi
Oxunma sayı: 6061

MTN-nin Anti-Terror Mərkəzinin rəisi Elçin Quliyevin müavini olmuş və həbs edildikdən sonra təcridxanada intihar edən polkovnik İlqar Əliyevlə bağlı qərar verilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə,  E.Quliyevə hökm oxunan zaman İ.Əliyevin üzərinə həbs qoyulmuş əmlakının müsadirə edilməsinə qərar verilib.

İ.Əliyev 2015-ci il dekabrın 20-də saxlanıldığı istintaq təcridxanasında intihar edib. 

Murad Əhməd