Hindistanda fişəng fabrikində partlayış - 25 ölü - Video

hindistanda-fiseng-fabrikinde-partlayis
Oxunma sayı: 428

Hindistanın Tamilnad ştatında yerləşən fişəng istehsalı fabrikində baş verən güclü partlayış nəticəsində azı 25 nəfər həlak olub, daha altı nəfər xəsarət alıb. 

“Qafqazinfo” “Hindustan Times” qəzetinə istinadən xəbər verir ki, ölənlər fabrikin işçiləri olub. 

Məlumata görə, partlayış iş saatlarında baş verib. Həmin vaxt fabrikdə təxminən 40 nəfərin olduğu bildirilir. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan bəzilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir. 

Hazırda davam edən fişəng partlayışları xilasetmə işlərini çətinləşdirir. Dağıntılar altında hələ də insanların qala biləcəyi güman edilir. 

İstintaqın ilkin versiyasına görə, partlayış təhlükəsizlik normalarının pozulması səbəbindən baş verib.