Sumqayıtda futbol meydançasında faciə - 23 yaşlı oğlan öldü

sumqayitda-futbol-meydancasinda-facie
Oxunma sayı: 1835

Sumqayıt şəhərində futbol meydançasında gənc oğlan ölüb.

“Qafqazinfo” xəbər verir ki, aprelin 18-i saat 20 radələrində Bulvar küçəsində yerləşən meydançada Sumqayıt şəhər sakini 2003-cü il təvəllüdlü Müsü Etibar oğlu Alıyev futbol oynayarkən qəfil vəfat edib.

Onun infarktdan öldüyü bildirilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.