98,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olundu

983-min-sexs-aktiv-mesgulluq-tedbirleri-ile-ehate-olundu
Oxunma sayı: 320

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin I rübündə 98,3 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

“Qafqazinfo” xəbər verir ki, onlardan 36 min şəxs münasib işlərlə təmin olunub, 228 şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

3,6 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 58,5 min şəxsə peşəyönümü xidmətlər göstərilib.