Bakıda ağır qəzada motosikletçi öldü

bakida-agir-qezada-motosikletci-oldu
Oxunma sayı: 1415

Dünən saat 20 radələrində Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Qala-Şüvəlan yolunda C.Behbudovun idarə etdiyi “Mercedes E-280” markalı avtomobillə Vüqar Əşrəfzadənin sürdüyü motosiklet toqquşub. Nəticədə, motosikletçi aldığı xəsarətlərdən ölüb.

Fakt üzrə Xəzər RPİ-də cinayət işi başlanıb. Araşdırma aparılır.