İordaniya şahzadəsi ata olacaq

iordaniya-sahzadesi-ata-olacaq
Oxunma sayı: 3316

İordaniya şahzadəsi II Əl-Hüseyn ata olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə kral ailəsi sosial şəbəkələrdə məlumat yayıb.

“Əlahəzrətləri Vəliəhd Şahzadə II Əl-Hüseyn bin Abdullah və Şahzadə Rəcva Əl-Hüseynin bu yay ilk uşaqlarının dünyaya gəlməsini gözlədiklərini elan etməkdən məmnunuq”, - məlumatda bildirilir.

Qeyd edək ki, cütlük 2023-cü ilin iyun ayında dəbdəbəli mərasimlə evlənib.