“İpək Yolu” festivalında Çin ansamblının konserti maraqla qarşılandı - Fotolar

ipek-yolu-festivalinda-cin-ansamblinin-konserti-maraqla-qarsilandi
Oxunma sayı: 1358

İyulun 4-də Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalında musiqisevərlərə Çin Xalq Respublikasının Lianşan-İy Muxtar Vilayətinin ansamblının konserti təqdim olunub.

“Qafqazinfo” xəbər verir ki, “Yuxarı Karvansaray” mehmanxana-kompleksində keçirilən konserti festivalın təşkilatçı qurumlarının rəhbərləri, Lianşan-İy Muxtar Vilayətindən gəlmiş qonaqlar və şəkili musiqisevərlər izləyiblər.

Qeyd edək ki, Çin Xalq Respublikasının Lianşan-İy Muxtar Vilayətinin ansamblı 1956-cı ildə yaradılıb. Ansambl ərazinin İy millətindən olan əhalisinin ilk peşəkar ədəbi-bədii kollektividir. Yarandığı gündən ansambl görkəmli bəstəkarlar, rəqqaslar, müğənnilər, ifaçılar, eləcə də tanınmış ssenaristlər və rejissorlardan ibarət böyük bir sənətçilər ordusu yetişdirib.

Ansamblın təqdim etdiyi 100-dən çox tamaşa beynəlxalq, milli və əyalət mükafatlarına layiq görülüb.

Həmçinin, ansamblın təqdim etdiyi musiqi nömrələri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Konsertin sonunda kollektivə festivalın simvolu təqdim edilib.