İradə İbrahimova ikinci dəfə ana oldu - Foto

irade-ibrahimova-ikinci-defe-ana-oldu-
Oxunma sayı: 12702

Müğənni İradə İbrahimova ikinci dəfə ana olub.

“Qafqazinfo”nun məlumatına görə, bu haqda sosial şəbəkədə sənətçinin vizajist bacısı Nigar İbrahimova yazıb. O, körpənin adının Əli olduğunu da bildirib:

“Əli, xoş gəldin! Gözəl Allahım, çox sağ ol ki, bizə bu hissləri yaşatdın. Ceyhun, İradə sizi bu gün üçün təbrik edirəm. İpəyimizə qardaş gəldi. Allah bütün olmayanlara qismət etsin! Xanımlarımız analıq hissini duysun!”.

Qeyd edək ki, İ.İbrahimova türkiyəli iş adamı Ceyhun İzərlə ailə qurub. Cütlüyün İpək adlı bir qız övladı da var.