“İran atəşkəsin uzadılmasını istəməyib”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Məlumatda İranın ABŞ ilə əldə olunmuş atəşkəsin müddətinin uzadılmasını tələb etmədiyi bildirilib.
Qeyd edilib ki, rəsmi Tehran mövcud atəşkəs razılaşmasının uzadılması ilə bağlı Vaşinqtona hər hansı müraciət etməyib.
Vurğulanıb ki, Hörmüz boğazında tətbiq edilən blokadanın davam etməsi ABŞ-nin İrana qarşı düşmən siyasətinin göstəricisi kimi qiymətləndirilir.
Əlavə edilib ki, dəniz blokadası qüvvədə qaldığı müddətdə İran Hörmüz boğazını açmayacaq.
Son xəbərlər
Son Xəbərlər