İran danışıqlar üçün sabah İslamabada getməyəcək

iran-danisiqlar-ucun-sabah-islamabada-getmeyecek
Oxunma sayı: 257

İran danışıqlar üçün sabah İslamabada getməyəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, İran sabah keçirilməsi planlaşdırılan danışıqlar üçün İslamabada nümayəndə heyəti göndərməyəcəyini ABŞ-yə bildirib.

Qeyd edilib ki, çərşənbə günü nəzərdə tutulan danışıqların ikinci mərhələsində iştirak etməmək qərarı müxtəlif səbəblər əsasında verilib və bu barədə ABŞ tərəfi Pakistan vasitəsilə məlumatlandırılıb.

Belə ki, İran rəsmiləri daha əvvəl atəşkəsin ilk gündən etibarən mütəmadi şəkildə pozulduğunu vurğulayıblar. Həmçinin ABŞ-nin Hörmüz boğazında tətbiq etdiyi dəniz blokadası Tehran tərəfindən “müharibə aktı” kimi qiymətləndirilir və bu addımın atəşkəs rejiminin pozulması olduğu bildirilir.