İran futbol üzrə dünya çempionatında iştirak etməyəcək

iran-futbol-uzre-dunya-cempionatinda-istirak-etmeyecek
Oxunma sayı: 1101

Futbol üzrə İran milli komandası bu il keçiriləcək dünya çempionatında iştirak etməyəcək.

“Qafqazinfo” “Cadena SER” radiosuna istinadən xəbər verir ki, bu barədə məlumatı İranın idman naziri Əhməd Dünyamalı açıqlayıb. 

“8-9 ay ərzində iki müharibə yaşadıq, minlərlə vətəndaşımız həlak oldu. Buna görə də, iştirak etmək imkanımız yoxdur”, - nazir qeyd edib. 

Qeyd edək ki, futbol üzrə dünya çempionatı iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada baş tutacaq.