İran hələ qərar qəbul etməyib - KİV

iran-hele-qerar-qebul-etmeyib
Oxunma sayı: 498

Bəzi tərəfdarlar təkliflərə qarşı çıxdığı üçün İran ABŞ ilə anlaşma memorandumunun imzalanması ilə bağlı yekun qərarı hələ qəbul etməyib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda CNN məlumat yayıb.

FARS xəbər agentliyinə mənbə bildirib ki, ABŞ-nin təklifinin siyasi, hüquqi və texniki tərəfləri hələ də araşdırılır. O qeyd edib ki, təklifin müxtəlif aspektləri həm ekspert, həm də qərar qəbuletmə səviyyəsində nəzərdən keçirilir.

Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ Prezidenti Donald Trampın imzalanmanın iyunun 14-nə planlaşdırıldığı barədə bəyanatını təkzib edib.