“ABŞ İrana qarşı hər hansı təcavüzkar addım atarsa, Tehran Yaxın Şərqdəki Amerika bazalarına və silahlı qüvvələrinə zərbələr endirəcək”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İran parlamentinin spikeri Məhəmməd Bağer Qalibaf “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Qalibafın sözlərinə görə, ABŞ hər hansı avantürist addım atarsa, onun Yaxın Şərq regionundakı bütün bazaları və silahlı qüvvələri İranın legitim hədəfinə çevriləcək.
İran parlamentinin spikeri iranlıların düşmənə qarşı qətiyyətlə hərəkət etməyə hazır olduğunu bildirib.
Son xəbərlər
Son Xəbərlər